Bakıda ağır qəza: Maşın dirəyə çırpıldı – Son dəqiqə/VİDEO

Bakıda ağır yol qəzası baş verib.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

“Hyundai Sonata” markalı maşının sürücüsü dönmə əməliyyatını yerinə yetirərkən sükana nəzarəti itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, maşına isə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb sürücünün sürət həddini aşmasıdır.

Cəvahir