Ötən gün axşam saatlarında 8 Noyabr prospektində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, qəza nəticəsində 1 ədəd işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb.
Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.
Qeyd edək ki, videoda yolayrıcını keçmə qaydasını pozan “Toyota” markalı avtomobilin sürücüsünün qəzaya səbəb olduğu aydın görünür.
Xatırladaq ki, qəza zamanı sürücülərdən biri ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.