Bakıda ağır qəza – Ölən var

Bakı şəhər sakini “Mercedes” markalı avtomobillə piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 2-də saat 8 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.