Bakıda ağır qəza – Ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
İstismara verilməyən yolla qarşı istiqamətə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçən 30-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub./APA/