Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yenicag.az xəbər verir ki, aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş E. Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(APA)