Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda ağır qəza - Sərnişin avtobusu 54 yaşlı qadını vurdu

Bakının Xəzər rayonunda sərnişin avtobusu piyadanı vurub.

Yenicag.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Əliyeva Elmira Ayıl qızını 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır./ONA/

www.yenicag.az

12963