Bakıda ağır qəza – Sərnişin avtobusu mikroavtobusla toqquşdu

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Sahil qəsəbəsi, “20-ci Sahə” adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib./Report/