Bakıda ağır qəza: “Shacman” yük maşınına çırpıldı – VİDEO

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Abdulvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən yolötürücü tunelin çıxışında “Shacman” markalı yük maşını ağır qaldırıcı texnikanı daşıyan “MAZ” markalı maşına çırpılıb.

Hadisə nəticəsində “Shacman”ın sürücüsü Bəndəliyev Eyvaz ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Emin Səfərov