Bakıda ağır qəza: Sürücü hadisə yerində öldü

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 3 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Tehran Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə o, hadisə yerində ölüb.