Bakıda ağır QƏZA: TIXAC yarandı

Bakıda avtomobil qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə Hava limanı şossesində (“Buta Palace” yaxınlığında şəhər mərkəzi istiqamətində) qeydə alınıb.

Belə ki, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.