Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda ağır qəza: yaralananlar var - Foto,Video

Bakının Ziya Bünyadov prospektində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir.

Nərimanov Rayon Polis İdarəsində APA-ya verilən məlumata görə, qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, “Opel” markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Paytaxtın Ziya Bünyadov prospektində “Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Xəsarət alanların sayı və qəzanın təfərrüatları müəyyənləşdirilir.

Hazırda Ziya Bünyadov prospektinin əsas yolunda hərəkət dayandırılıb. Hərəkətin nizamlanması istiqamətində tədbirlər görülür.

Qəzanın səbəbləri araşdırılır.(APA)

Yenicag.az

www.yenicag.az

453
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM