Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda ağır qəza: Yaralılar var - FOTO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyi ərazisində qeydə alınıb.

Belə ki, şəhərcik ərazisində yüksək sürətlə hərəkət edən 99-BD-901 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil döngədən çıxan 99-NU-867 dövlət nömrə nişanlı “Volgswagen” markalı maşına çırpılıb. Hər iki maşın yararsız hala düşüb.

Qəza nəticəsində “Volgswagen”də olan sərnişin ağır şəkildə yaralanıb. Sürücü isə başından zərbə alıb.

Yaralı hadisə yerinə yarım saatdan sonra gələn təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisənin 100 metrliyində tibb məntəqəsi var. Lakin hadisə zamanı tibb məntəqəsinə məxsus olan təcili tibbi yardım maşını başqa bir xəstəni xəstəxanaya aparıb. Şəhərciyin tibb məntəqəsinin cəmi bir ambulansı olduğundan, yaralı Sabunçudan gələn təcili tibbi yardım maşınını yarım saat gözləməli olub.

Onu da xatırladaq ki, sözügedən yaşayış ərazisində maşınlar yüksək sürətlə hərəkət edir. Və bu, ilk belə hadisə deyil. Qəzalara baxmayaraq, orta məktəbin yanında keçən yolda heç bir yol nişanı yoxdur. Bu da qəzaların sayını artıran ən başlıca səbəbdir.

Emin Səfərov

www.yenicag.az

1853
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM