Bakıda ağır qəza – Yük maşını aşdı, yol bağlandı – FOTO

Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

Repor-un məlumatına görə, iki minik və bir yük maşınının toqquşması nəticəsində sonuncu aşıb.

Qəza yolun “Koroğlu” metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində qeydə alınıb. Hadisə ilə əlaqədar maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və “təcili tibbi yardım” maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur./Report/