Bakıda ağır yol qəzası – Avtobus avtomobillə toqquşdu – Xəsarət alan var

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır./Report/