Bakıda ağır yol qəzası – Ölənlər var

Bakıda ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Böyükşor yolunda qeydə alınıb.

Belə ki, “BMV” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “BMV” markalı avtomobildəki iki nəfər hadisə yerində keçinib. Ölənlərdən biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.