!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ağır yol qəzası - Polislər xəsarət aldı

!Reklam – Yazi

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü “Hyundai”la toqquşub.

Hadisə zamanı “Hyundai” markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub.

Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar aparılır./Oxu.az/

www.yenicag.az

1849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv