Bakıda ağır yol qəzası – Tıxac yarandı – FOTO

Hazırda Z.Bünyadov prospektində Koroğlu metrosu istiqamətində və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, sıxlıq Bakı Olimpiya Stadionu yaxınlığında “SOCAR” yanacaqdoldurma məntəqəsinə çatmamış ağır yol nəqliyyat hadisəsinin baş verməsi səbəbindən yaranıb.