Bakıda ağır yol qəzası: Xəsarət alan var – VİDEO

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, “Bakıxanov” küçəsi ilə hərəkətdə olan “BMW” markalı avtomobil “Azadlıq” prospekti ilə gedən “Mercedes”ə çırpılıb. Hadisə zamanı “BMW”nin sürücüsü xəsarətlər alıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.