Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda aksiya keçirilir

120726_res_01“Azərinşaat” MMC-nin yol tikintisində işləyən və may ayından maaşını ala bilməyən fəhlələri bu gün-dekabrın 7-də növbəti dəfə şirkətin ofisi qarşısında etiraz aksiyasına toplaşıb.

Aksiyada iştirak edən fəhlələrdən birinin -Hidayət Mərdanovun virtualaz.org saytına verdiyi məlumata görə, 50-yə yaxın fəhlə onlara çatacaq əmək haqlarının ödənilməsini tələb edir.

Lakin şirkətdən onlara pulun ödənilməyəcəyini deyiblər: “Bizə dedilər ki, siz qeyri-qanuni işçi olmusunuz. Yəni iddia edirlər ki, biz şirkətin rəsmi işçiləri olmamışıq. Buna görə də əməkhaqqı ödənilmir”.

H.Mərdanov qeyd etdi ki, məvaciblər ödənilməyəcəyinədək aksiya keçiriləcəklər: “Biz Şamaxı, Lənkəran-Astara yolunun çəkilişini həyata keçirmişik. Hamımız fəhləlik etmişik. İndi pulumuzu ala bilmirik, acıq. Tələb edirik ki, pullarımızı versinlər”.

Fəhlələr maaşlar ödənilməyəcəyinədək “Azərinşaat” MMC-nin qarşısından getməyəcəklərini deyiblər.

Bundan əvvəl şirkətin işçilərinin bir qisminin əmək haqqı sifarişçi təşkilat olan “Azəryolservis”dən ödənilmişdi.

www.yenicag.az

422