Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

xs-193-jpg-pagespeed-ic-ora1nnusyeAzərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.

Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Yenicag.az

COP29