Bakıda ana və 4 uşağı itkin düşüb

Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.

Yenicag.az xəbər verir ki, A.Salamzadə onunla eyni evdə yaşayan, arvadı – 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları – 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşdüklərini bildirib.

Araşdırma aparılır./APA