Bakıda ana və oğlu bıçaqlandı

677bf8cf7c4aadee9cc419505a481b78Bakıda bir ailənin iki üzvü bıçaqlanıb.

Aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlanları Nəcəfə bıçaqla xəsarət yetirib, Nicatı döyüb. Qadın xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Novruzov tutulub.

Faktla bağlı araşdırma aparılır.