!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ancaq bu yerlərdə qurban kəsmək olar – SİYAHI

!Reklam – Yazi

qurban kesimi 2016Qurbanlıq qoyunlar Bakı şəhərində 10 kəsim məntəqəsində kəsiləcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Nazirlik rəsmis qeyd edib ki, bayram günlərində qurum gücləndirilmiş iş rejimində çalışacaq.

Ənənəvi kəsim məntəqələri bunlardır: “Banvit” ət kəsim məntəqəsi, “Keşlə” bazarı, “Qoç ət” Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Ese” MMC ət və ət məhsullarının satışı firması, Binəqədi rayonu “Nəsimi Hüseynov”, “Azprotein Foods” ət kəsim zavodu, “Bəsid” firması Nizami rayonu, Bayıl qəsəbəsi, “Ucal Ergün”-Nərimanov rayonu, “Öz fermamızdan” Xəzər rayonu, Binə qəsəbəsi. Əgər yerli icra hakimiyyətləri əlavə kəsim məntəqələrinin açılması ilə bağlı bizə müraciət edərlərsə, biz həmin yerlərə həkim təhkim edəcəyik”.

Y.Xanvəli əlavə kəsim məntəqələrinin yalnız yerli icra hakimiyyətlərinin yer təyin edib-etməməsindən sonra bəlli olacağını qeyd edib. Qurumun sözçücüsü yerli heyvanlarla yanaşı, bazarda Rusiya və Gürcüstandan gətirilən xırda və iri buynuzlu heyvanların da satıldığını qeyd edib.

“Nə qədər heyvanın gətirilməsi və hansı qiymətə satılacağı bizlik deyil. Biz yalnız kəsim məntəqələrinə nəzarəti yerinə yetiririk. Ümid edirik ki, ətin qiyməti baha olmayacaq”.

 

www.yenicag.az

1255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv