Bakıda anlaşılmaz qadağa: Bu binada tələbələrə liftdən istifadəyə icazə verilmir – FOTO

Beynəlxalq Mətbuat Mərkəzinin binasında tələbələrin liftə minməsinə icazə verilmir.

Yenicag.az TNS-ə istinadən xəbər verir ki, Mətbuat prospekti 23 ünvanında yerləşən binada liftin girişində bununla bağlı xəbərdarlıq edilib.“Tələbələrin liftə girişi qəti qadağandır!” – deyə xəbərdarlıqda vurğulanıb.

Qeyd edək ki, həmin binada bir neçə mətbuat orqanı, müxtəlif iş yerləri ilə yanaşı, tədris müəssisələri də fəaliyyət göstərir.