Bakıda anormal yol: Qarşı tərəfə keçən piyada uçmalıdır? – FOTO

Bakıda Məhəmməd Hadi küçəsindən keçən ikitərəfli yolun bir hissəsində piyada zolağı olsa da, digər tərəfində yoxdur.

Bu vəziyyət isə piyadaların həyatını birbaşa təhlükəyə atır. Sözsüz ki, sürücülər üçün də arzuolunan mənzərə deyil.

Məsələ ilə bağlı əlaqə saxladığımız nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov da Yenicag.az-a açıqlamasında mövcud mənzərəni anormallıq adlandırdı:

“Təbii ki, bu, anormallıqdır. Bu da ondan irəli gəlir ki, yolun bir hissəsini yeni, digər hissəsini də bir az ondan əvvəl təmir ediblər. Təmir başa çatandan sonra piyada zolağı çəkiblər. Problem də bundan qaynaqlanır. Sözsüz ki, işi axıra qədər görmək lazımdır. Əgər yol istifadəyə verilirsə, xətti də çəkmək lazımdır ki, belə mənzərə yaranmasın”.

Emin Səfərov

 

COP29