Bakıda aptek müdirinin asılmış meyiti tapıldı

Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır./Apa/