Bakıda aptekdən dərman alan şəxsə qarşı soyğunçuluq edildi – FOTO/VİDEO

Bakının Nizami rayonunda aptekdən dərman alan şəxsin 100 manatını soyğunçuluq yolu ilə əlindən alan şəxs polislər tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisindəki apteklərdən birindən dərman alan zaman tanımadığı şəxs onun pul kisəsində olan 100 manatı soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən qaçıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Kamil Dadaşov saxlanılıb. Həmin şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə heroin də aşkar olunaraq götürülüb. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı 25-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

COP29