Bakıda arvad ərini bıçaqlayıb – Parkda

Bakıda Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində yerləşən parkların birində arvad ərini bıçaqlayıb.

1988-ci il təvəllüdlü Məmmədov Mahmud Şahzadə oğlu həyat yoldaşı ilə mübahisə edib. Nəticədə o, arvadı tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan M.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.(report)

Yeniçağ.az