Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda ata azyaşlı övladları ilə qəzaya düşdü: 1 ölü

e4924de991355066c3093aa9c9a6108aBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dekabrın 13-ü saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi «VAZ-2107» və Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi «Opel-Frontera» markalı avtomobillər toqquşub.

Nəticədə A. Abbasov və oğlu, 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdirilib. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

252