Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib.
“Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, – DİN rəsmisi vurğulayıb.
16:26
***
Bakıda aptekdən oğurluq olub.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.
O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.