!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Atatürkün anım günü qeyd edilib - FOTO

!Reklam – Yazi

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 83-cü ildönümündə Bakıda keçirilən mərasimdə anılıb.

Yenicag.az xəbər verir ki, Atatürk abidəsi önündə keçirilən mərasimdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, Türkiyə qurumlarının nümayəndələri və Türkiyə təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Səfirliyin binasında Türkiyə bayrağı yarıya qədər endirilib. Türkiyə səfiri abidənin önünə əklil qoyub.

Mərasimdən sonra səfirlikdə tədbir keçirilib. Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının İstanbuldan olan deputatı Şamil Ayrımın sədrliyi ilə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də iştirak edib.

Tədbirdə Atatürkün həyatından bəhs edən filmlər nümayiş etdirilib, tələbələri şeirlər söyləyib, kompozisiyalar səsləndirilib.

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv