Bakıda Avropa Badminton Konfederasiyasına yeni prezident seçildi

Bu gün Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçkiləri keçirilib.

Yenicag.az xəbər verir ki, belçikalı Sven Serre qalib olub.

O, 43 səsdən 32-ni toplayaraq növbəti 4 il müddətinə Avropa Badminton Konfederasiyasına rəhbərlik edəcək.