Bakıda avtobus aşdı: “Şüvəlan”ın baş məşqçisinin bacısı xəstəxanalıq oldu – Foto

Bu gün Bakı şəhəri, Zığ şosesində 175 saylı sərnişin avtobusunun aşması nəticəsində 14 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Onlar arasında futbol üzrə Azərbaycan Çempionatının birinci divizionunda çıxış edən “Şüvəlan” klubunun U-14 komandasının baş məşqçisi Vladislav Levyadevin bacısı İrina Levyadevna da var. 1975-ci il təvəllüdlü qadın baş nahiyəsindən xəsarət alıb.


Xəstəyə baş çəkənlər arasında “Şüvəlan”ın kapitanı Nuqzar Kvirtiya da var.

Emin Səfərov