Bakıda avtobus daşa basıldı

Bakının Zabrat qəsəbəsində 198 nömrəli sərnişin avtobusunun daşa basılması ilə bağlı araşdırma aparılır.

Yenicag.az xəbər verir ki, bu barədə Azvision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisənin hansı səbədən baş verməsi hələlik məlum deyil. Araşdırmadan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 198 saylı sərnişin avtobusu naməlum şəxs və ya şəxslər tərəfindən daşa basılıb. Nəticədə nəqliyyat vasitəsində əyləşən 52 yaşlı sərnişin Bayramov Şakir Ağaqulu oğlu baş və göz nahiyəsindən xəsarət alıb. 3 saylı Kliniki Tibbi Mərkəzə aparılan sərnişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından, o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.

COP29