Bakıda avtobus dayanacağı aşdı – FOTOLAR

Fevralın 26-da Bakıda əsən güclü külək fəsadlara səbəb olub.

Bəzi binaların damı uçub, ağaclar aşıb, inzibati tikililərə ziyan dəyib. Bakının Nəsimi rayonu ərazisində külək avtobus dayanacağını aşırıb. Səbaildə isə küləyin gücündən taksafon aparatı yerindən çıxaraq kənara düşüb.

Müvafiq icra qurumları dəymiş ziyanla bağlı tədbirlər görür.

Yeniçağ.az