Bakıda avtobus qadını vurub öldürdü

Bakıda avtobus qadını vurub.

Yenicag.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu ərazisində qeydə alınıb. 41 yaşlı Şəfiyeva Samirə Əvəz qızını avtobus vurub.

O. ağır yaralanaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin burada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.