Bakıda avtobus qadını vurub öldürdü

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.