Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda avtobus qəzası - Digər marşrutlar xətdən çıxdı - FOTO

Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.

Yenicag.az-ın məlumatına görə, hadisə bir qədər əvvəl “Şamaxinka” adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb.

Minik avtomobili 90-TJ-109 dövlət nömrəli “Volkswagen” markalı avtomobili və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.

Qəza yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları yaranmış problemi aradan qaldırmağa müvəffəq olublar./Trend/

www.yenicag.az

4481