!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus qəzası xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Bakı Nəqliyyat Agentliyi dünən KİV-də yayılan “Bakıda avtobus qəzası-Ölən var” başlıqlı yazı ilə bağlı açıqlama yayıb.

Agentlikdən verilən məlumata görə, açıqlamada həmin hadisənin bir il əvvəl baş verdiyi bildirilib:

“Məlum hadisə bir il əvvəl 23.07.2020-ci il tarixində baş verib. Bu kimi xəbərlərin insanlar arasında həyəcana səbəb olduğunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik”.

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv