Bakıda avtobus qəzası – Xəsarət alan var

Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.

Yenicag.az-ın məlumatına görə, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./Report/