Bakıda avtobus qəzaya uğradı

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.