Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.
Yenicag.az xəbər verir ki, oktyabrın 19-u, saat 22 radələrində “İ-Qafqaz” MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus “Meyvəli” bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib.
Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir.
Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış./qafqazinfo/