Bakıda avtobus sürücüsü sükan arxasında yatdı – VİDEO

Bakıda sərnişin avtobusunun sürücüsü sükan arxasında yatıb.

Yenicag.az xəbər verir ki, sərnişin tərəfindən lentə alınan və sosial şəbəkədə paylaşılan görüntülər birmənalı qarşılanmayıb.

Sürücünün yuxulu ikən sükan arxasında oturması izləyiciləri hiddətləndirib.

Qeyd edək ki, sərnişin daşınmada tez-tez sürücü səhlənkarlığına rast gəlirik. Bu kimi hallar həm sürücünün, həm də daşıdığı sərnişinlərin həyatınə təhlükəyə atır.