Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə dairəvi yolda qeydə alınıb. “Qanlı göl” yaşayış massivində yaşayan 15 yaşlı Sevinc Məmmədova avtobusdan düşüb magistral yoldan yolu keçmək istəyən zaman onu 99-LC-158 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, 0nun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, qeyd olunan yolda tez-tez piyadaların vurulması hadisələri baş verir. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Maşın isə cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.