Bakıda avtobusla avtomobil toqquşdu – Ölən və yaralanan var – FOTO

Bakıda avtobusla minik avtomobili toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş verib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb:

“Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.