Bakıda avtobusla minik avtomobili toqquşub-Fotolar

9354d7150e511cf8fefafae18b513b90Səhər saatlarında Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza Xətai rayonunun ərazisində, Afiyəddin Cəlilov və Natiq Əliyev küçəsinin kəsişməsində baş verib.

“İveco” markalı avtobusun “Chevrolet” markalı minik avtomobil ilə toqquşması nəticəsində avtobus aşıb. İlkin məlumata əsasən, 1 nəfər xəsarət alıb.

Hazırda hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.