Bakıda avtobusu yandıran şəxs saxlanıldı

Abşeronda avtobusu yandıran keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

COP29