Bakıda avtobusun şüşələri sındırıldı – Sürücü döyüldü – ANBAAN VİDEO

Bakıda marşrut avtobusuna hücum olub.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır./APA/