Bakıda avtomobil 2 azyaşlı qardaşı vurub

Yol-nəqliyyat hadisəsi zamanı 2 azyaşlı xəsarət alıb.

Yenicag.az xəbər verir ki, qəza Xətai rayonunda qeydə alınıb.

Belə ki, minik avtomobili 2013-cü il təvəllüdlü Əsədzadə Əsəd Şükran oğlu və 2015-ci il təvəllüdlü Əsədzadə Hüseyn Şükran oğlunu vurub.

Hər iki qardaş xəstəxanaya yerləşdirilib. Onlara qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

COP29