Bakıda avtomobil 70 yaşlı qadını vurdu

Bakının Xətai rayonunda 70 yaşlı qadını avtomobil vurub.

Yenicag.az xəbər verir ki, 1952-ci il təvəllüdlü Nəsibova Gülxanım Yusif qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.